“Facebook”un rüblük və illik maliyyə hesabatından sonra şirkətin yaradıcısı və rəhbəri Mark Zukerberqin şəxsi sərvəti artıb.
“Bloomberg”in verdiyi xəbərə görə, M. Zukerberqin sərvətində təxminən 3 milyard dollarlıq artım olub.
Onun sərvətinin həcmi hazırda 59 milyard dollar məbləğində qiymətləndirilir.
"Facebook"un yaradıcısı dünyanın ən zəngin adamlarının siyahısında 5-ci yerdədir.
Qeyd edək ki, 2016-cı ildə “Facebook”un xalis mənfəəti 177% artaraq 10,217 milyard dollara yüksəlib.
Ümumi gəlir isə 54% artıb və 27,427 milyard dollar olub.
“Facebook” mobil reklam bazarında “Alphabet”dən sonra ikinci yerdədir.