Qazaxıstan prezidenti Nursultan Nazarbayev bəyan edib ki, ölkə iqtisadiyyatına xeyir verməyən zəif kommersiya bankları birləşməlidir.
“Ria Novosti”nin verdiyi xəbərə görə, hökumətin geniş iclasında çıxış edən prezident bildirib ki, bankların vəziyyəti zəifdir.
Onun sözlərinə görə, sestemdə məcmu aktivlərin 80 faizinə sahib olan yalnız 4 bank var.
Qazaxıstan Mərkəzi Bankının sədri Daniyar Akişevə müraciət edən prezident ona bununla bağlı təcili işlər göməyi tapşırıb:
“Böhran zamanı bir çox iri şirkətlər birləşmə yolu ilə getdilər.
Qoy, onlar (banklar-red) birləşsin və ya onların səhmdarları banklarını saxlamaq istəyirlərsə, kapitallarına vəsait əlavə etsinlər.
Bankları saxlamağın başqa yolu yoxdur. Əgər onlar iqtisadiyyata lazım deyillərsə, deməli mövcud olmağa haqqları yoxdur.
Elə deyil? O zaman, heç kimdən qorxma və hərəkət elə”.