Ermənistanda Nubaraşen həbsxanasının məhbusu Suren Qriqoryan gətirildiyi xəstəxanadan qaçıb.
Bu barədə Ermənistan Ədliyyə Nazirliyi məlumat yayıb.
Məlumata əsasən Qriqoryan əməliyyat olunması üçün xəstəxanaya gətirilib. Lakin o buradan qaçıb. Hadisə fevralın dördü səhər saatlarında baş verib.
Ermənistan polisi faktla bağlı araşdırmalara başlayıb.