Avstriya polisinin paytaxt Vyanada keçirdiyi əməliyyat nəticəsində 22 nəfər saxlanılıb.
TASS agentliyinin verdiyi məlumata görə, onların hamısı milliyyətcə çeçendir.
Saxlanılan şəxslərdən odlu silah götürülüb. Əməliyyat Vyananın Floridsdorf rayonunda keçirilib.
Saxlanılanlar toy şənliyinə qatıldıqlarını bildirsələr də, yaşadıqları evlərin yaxınlığında silah-sursat aşkar edilib.