“Facebook” səhmdarlarından bir qismi şirkətin yaradıcısı Mark Zukerberqin Direktorlar Şurasından uzaqlaşdırılması təklifi ilə çıxış edib.
“itc.ua” saytının verdiyi məlumata görə, təklifi “SumOfUs” hüquq-müdafiə təşkilatının üzvü olan bir qrup investor irəli sürüb.
Bu təşkilat qlobal iqlim dəyişikliyi, işçi hüquqlarının pozulması, diskriminasiyanın müxtəlif halları, insan haqları pozuntuları, korrupsiya və digər qlobal problemlərlə əlaqədar iri korporasiyaların məsuliyyətə cəlb olunmasına çalışan internet qrupudur.
Onlar əmindir ki, M. Zukerberqin yerinə təyin olunacaq müstəqil şəxs “Facebook” üzərində lazımi nəzarəti təmin edərək, korporativ idarəetməni yaxşılaşdıraraq və səhmdarlar üçün daha aydın fəaliyyət planı təqdim edərək bu rolu daha yaxşı yerinə yetirə bilər.
“SumOfUs” M. Zukerberqin öz iş vaxtının çox hissəsini şirkətdən kənarda keçirməsindən narahatdır və bunun səhmlərin dəyərinin düşməsinə gətirib çıxaracağından ehtiyatlanır.