Rəsmi Moskva Gürcüstanla gələcəkdə viza rejiminin daha da sadələşdirilməsi və ya ləğv olunması məsələsini istisna etmir.
Rusiya Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunur ki, ötən gün Praqada Rusiya baş nazirinin müavini Qriqori Karasinlə Gürcüstan baş nazirinin xüsusi nümayəndəsi Zurab Abaşidze arasında baş tutan görüşdə bu məsələyə də toxunulub.
Rusiya XİN-in məlumatında deyilir ki, 2015-ci ilin sonunda Gürcüstanla viza rejiminin sadələşdirilməsindən sonra bu ölkədən Rusiyaya viza alanların sayı iki dəfə arataraq 40 min nəfərə çatıb.