Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker ikinci dəfə quruma rəhbərlik etmək niyyətində deyil.
Bu barədə o, mətbuata açıqlamasında deyib.
Yunker “Deutschlandfunk” radiosuna açıqlamasında bunları bildirib:
“Bu, çox yaxşı kampaniya idi. Ancaq yenisi olmayacaq.
Mən anladım ki, Avropa Birliyində baza məsələlərə dair fundamental razılıq yoxdur.
Bəzi ölkələr Avropa çərçivəsində daha çox birlik istəyir, digərləri hesab edir ki, birlik onlar üçün çoxdur”.
Uzun müddət üçün avropalıların Avropa Birliyi ideyasını dəstəkləyəcəyinə şübhələrini bildirən Yunker Tramp və Brexit-lə bağlı fikirlərinə toxunub:
“Bəziləri düşünür ki, bu, Avropaya öz hərəkətlərini razılaşdırmaq üçün şansdır.
Mən istərdim ki, belə olmasın, ancaq bu baş verəcəkmi? Şübhə edirəm. Çünki britaniyalılar digər 27 üzvü asanlıqla ayıra bilərlər.
Mandatımın ilk dövrlərində belə düşünürdüm ki, konstruktiv işlə Avropaya olan inamı bərpa edə bilərəm. İndi isə sutkada saatlarla üzv ökənin Avropa Birliyindən çıxması planı üzərində işləyriəm. Mənim fikrimcə, bu, qitə səviyyəsində faciədir”.(xəzərxəbər)