Avropa İttifaqı çoxsaylı etirazlara baxmayaraq Kanada ilə azad ticarət sazişini səsverməyə çıxarıb və sənəd qəbul edilib.
Səkkiz il davam edən müzakirələr müsbət yekunlaşıb. Lakin bəzi mütəxəssislərin fikrincə, İttifaq üzvlərinin hamısının sənədi ratifikasiya etməsi üçün daha bir neçə il lazım olacaq.
Səsvermə zamanı etirazçılar Avropa İttifaqının binasının giriş qapısını tutaraq prosesə mane olmağa çalışsalar da polis onların qarşısını alıb.