Rəsmi ziyarət üçün Səudiyyə Ərəbistanına gedən Türkiyə prezidenti R.T.Ərdoğan, Mədinə və Məkkə şəhərlərində olub. Türkiyə mətbuatının məlumatına görə, Ərdoğan öncə Mədinədə yerləşən Peyğəmbər məscidini ziyarət edib.
Daha sonra Məkkəyə gedən Ərdoğan, MİT (Milli Kəşfiyyat İdarəsi) sədri Hakan Fidan və Baş Qərargah rəisi Hulusi Akarla birlikdə ümrə ziyarətini gerçəkləşidirblər.
Kəbənin qapısı Səudiyyə Ərəbistanının kralı Səlmanın əmri ilə R.T. Ərdoğan və heyəti üçün açılıb.