NATO kibertəhlükəsizliyin təmin edilməsi və kiberməkanda fəaliyyət barədə plan hazırlayıb.
Bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq deyib.
“Bu gün biz kibermüdafiə barədə yenilənmiş plan və kiberməkanın əməliyyat sahəsi olaraq istifadəsinə dair fəaliyyət planını qəbul etdik”, - deyə baş katib vurğulayıb.
O bəyan edib ki, kibertəhlükəsizlik NATO üçün vacib prioritetlərdən biridir:
“Biz artıq şəbəkələrimizin müdafiəsini gücləndirmişik, kiberinsidentlərə operativ reaksiya verəcək qruplar yaratmışıq və müttəfiqlərin kibermüdafiəsinin möhkəmləndirilməsinə kömək edirik”.
Qeyd edək ki, 2016-cı ildə NATO-ya qarşı kiberhücumlar 1 il əvvəlki dövrlə müqayisədə 60% artıb. Əsas ittiham olunan dövlət Rusiyadır.