“Eurovision-2017” mahnı müsabiqəsində İsveçi təmsil edəcək nazmizədlərdən ən gənc və ən yaşlı iştirakçı arasında 70 yaş fərq var.
Belə ki, ən gənc namizəd 2000-ci ildə dünyaya gəlmiş Bella və ən yaşlı namizəd 1929-cu ildə anadan olan Ove Thornqvistdir.
"Eurasia Diary" Türkiyənin NTV kanalına istinadla xəbər verir ki, iştirakçılar arasında ən təcrübəlisi də Ove Thornqvistdir.
O musiqi sənətinə 1953-cü ildən başlayıb.
Ove Thornqvist bundan əvvəlki Eurovision mahnı müsabiqəsinin seçim turunda İsveç iştirakçıların mahnılarının söz yazarı kimi iştirak edib.