Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Adıyaman şəhərində böyük kütlə qarşısında çıxışı zamanı ölkədəki prezidentlik sistemi haqqında fikirlərini bölüşüb.
Türkiyə Prezidenti bu sistemin bu və ya digər partiyanın, şəxsin deyil, 80 milyonun hamısının gələcəyi üçün olduğunu bildirib.
“Bu islahat fərqlidir, burada inteqrasiya olunacağıq, toplaşacağıq”, - deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb.