Ukraynanın paytaxtı Kiyevdə polislə etirazçılar arasında toqquşma baş verib.
Bu barədə Kiyev şəhərinin polis rəisi Andrey Krişşenko bildirib.
Onun sözlərinə görə, insident nəticəsində 1 polis əməkdaşı xəsarət alıb, 5 etirazçı saxlanılıb. “112 Ukrayna” 10 etirazçının müxtəlif dərəcəli xəsarət alması barədə məlumat yayıb.
Hazırda Kiyevdə vəziyyət sakitdir. Paytaxtda təhlükəsizlik tədbirləri gücləndirilib.(apa)