İşğal altındakı Azərbaycan ərazilərində daha bir erməni əsgər ölüb.
Erməni mediası xəbər verir ki, Dağlıq Qarabağda ölü vəziyyətdə tapılan əsgər müqavilə ilə xidmət edirmiş.
Separatçı rejimin “müdafiə nazirliyi”nin məlumatında deyilir ki, əsgərin meyiti 23 fevral gecə saat 00.45-də cəbhənin şimal istiqamətində aşkarlanıb.
Araşdırmalardan sonra məlum olub ki, güllə yarası almış əsgər 1991-ci il təvəllüdlü Qor Xudinyandır.
Onun hansı şəraitdə ölməsi dəqiq deyil.(musavat.com)