Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdül Əziz əl-Səud mart ayında İndoneziyaya səfər edəcək.
Xarici mətbuatın məlumatına görə, kral İndoneziyanın paytaxtı Cakarta və Bali adalarında vaxtını keçirəcək.
Onu səfər zamanı 1500 insan müşayiət edəcək.
Kral özü ilə İndoneziyaya 459 ton yük aparacaq.
Bu yükün 396 tonu Bali adasına göndəriləcək. Kralın yükünün tərkibinə iki “Mersedes Benz S600” avtomobili, həmçinin iki elektrik lift də daxil olacaq.
Əl-Səuda Cakartada 178, Balidə isə 394 nəfər xidmət edəcək.