Əl Babdan sonra Türkiyə ordusu Menbicə yollanacaq.
Bunu jurnalistlərə açıqlamasında Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu söyləyib.
“ABŞ-ın bizi hədəf alan terror təşkilatı ilə əməkdaşlığını davam etdirməsini istəmirik. YPG ilə Rakka əməliyyatına girmək Suriyanın gələcəyini riskə atmaq deməkdir. Əgər YPG Menbicdən çıxmasa, onları vuracağıq”, – nazir bildirib.
Çavuşoğlu onu da əlavə edib ki, Türkiyənin dəstək verdiyi müxaliflərin mövqe tutduğu cəbhəyanı kəndlərin Suriya ordusuna verilməsi ilə bağlı Rusiya ilə razılığa gəlinməsi haqda xəbərlər yalandır.