2009-cu ildə yenidən İran prezidenti seçildikdən sonra ölkədə sosial şəbəkələrin qadağan olunmasında mühüm rol oynayan sabiq prezident Mahmud Əhmədinejat Twitterdə özünə hesab açıb.
O, “Əhmədinejat 1956” adı ilə qeydiyyatdan keçib.
İlk tvitini ingiliscə yazan Əhmədinejat “Azadlığı sevən bütün insanlara sülh qismət olsun” sözlərini qeyd edib.