ABŞ-ın "Hawaiian Airlines" aviaşirkətinin Las-Veqasdan Havay adalarına uçuş həyata keçirən təyyarəsi məcburi eniş etməli olub.
Sərnişinlərdən biri göyərtə bələdçisindən istədiyi yorğan üçün tələb olunan 12 dolları ödəməkdən imtina edib və aviaşirkətin rəsmi nümayəndəsi ilə görüşün təşkil olunmasını tələb edib.
Nəticədə pilot təyyarəni Los-Anceles hava limanında endirməli olub.
Həmin sərnişin polis tərəfindən sorğu-sual olunduqdan sonra sərbəst buraxılıb və digər reyslə yola davam edib.(trend)