Misirin Demyat şəhərinin cinayət məhkəməsi “Müsəlman qardaşlar” terror təşkilatının 26 tərəfdarını 2014-cü ilin avqustunda və 2015-ci ilin aprelində törədilmiş müxtəlif cinayətlərdə ittiham üzrə 2 ildən 10 ilədək həbs cəzasına məhkum edib.
Onlar terrorçu qruplaşmaya qoşulmaqda, sui-qəsddə, qanunsuz silah və döyüş sursatı saxlamaqda və “Müsəlman qardaşlar”ın təşkil etdiyi icazəsiz mitinqlərdə iştirak etməkdə ittiham edilirlər.
Məhkəmə müxtəlif cinayətlərin törədilməsində ittiham edilən digər 15 müttəhim barəsində bəraət hökmü çıxarıb.