Yaponiyanın xarici işlər naziri Fumio Kişida konfransda çıxış edərkən bildirib ki, Yaponiya və ABŞ Şimali Koreyanın raket və nüvə proqramlarının tamamilə yolverilməz olması barədə mövqeyi bölüşürlər. Konfransda ABŞ dövlət katibi Reks Tillerson da iştirak edib.
F.Kişida deyib: “Biz bütün dünyada, o cümlədən Koreya yarımadasında vəziyyətlə bağlı fikir mübadiləsi apardıq. Biz Şimali Koreyanın raket və nüvə proqramlarının tamamilə yolverilməz olması barədə mövqeyi bölüşürük”.
Xarici işlər naziri deyib ki, R.Tillersonun Yaponiyaya səfəri “Yaponiya-ABŞ münasibətlərinin əhəmiyyətini” təsdiq edir.
Öz növbəsində ABŞ-ın dövlət katibi R.Tillerson bəyan edib ki, danışıqlar zamanı tərəflər ölkələr arasında sıx və çiçəklənməkdə olan dostluq münasibətlərinin mövcudluğunu təsdiq ediblər.