Fransada fövqəladə vəziyyət rejimi iyulun 14-dək uzadılıb.
Dövlət başçısı Fransua Olland fövqəladə vəziyyət rejiminin ölkənin Milli Bayramına qədər saxlanılacağını deyib. Prezidentin bu bəyanatı ədliyyə naziri Jan-Jak Urvoasın çıxışına cavabdır.
Qeyd edək ki, nazir fövqəladə vəziyyət rejiminin ləğv edilməsinin vaxtının çatdığını bildirmişdi. Jan-Jak Urvoas iyunun ortalarında keçiriləcək parlament seçkilərindən sonra fövqəladə vəziyyət rejiminin ləğvini məqsədəuyğun hesab etdiyini vurğulamışdı.
Lakin prezident «La Provence»yə müsahibəsində fövqəladə vəziyyət rejiminin vaxtından əvvəl – Bastiliya qalasının alınması gününə qədər ləğv olunmasını istisna edib. Fransua Olland həmçinin bildirib ki, fövqəladə vəziyyət rejiminin həmin gündən sonra ləğv edilib-edilməyəcəyini yeni hökumət və parlament müəyyənləşdirəcək. (report)