ABŞ-ın Şimali Koreya üzrə xüsusi nümayəndəsi Cosef Yun Çin və Cənubi Koreyaya səfər edəcək.
Bu barədə ABŞ Dövlət Departamentinin məlumatında bildirilir.
Məlumata əsasən, martın 23-dək davam edən səfər zamanı Cosef Yun Çin və Cənubi Koreya rəsmiləri ilə koordinasiya imkanlarının artırılması məsələlərini müzakirə edəcək.
Qeyd edək ki, bu gün ABŞ dövlət katibi Reks Tillersonun Çinə ikigünlük səfəri başlayır. Onun Pekində aparacağı danışıqların əsas mövzusunu Koreya yarımadasındakı vəziyyət təşkil edəcək. Bundan əvvəl R.Tillerson Yaponiya və Cənubi Koreyaya səfər edib.(apa)