Türkiyə Avropa İttifaqını (Aİ) Ankaraya qarşı düşmənçilik siyasətini davam etdirəcəyi təqdirdə, hər ay 15 min qaçqın göndərəcəyi ilə hədələyib.
Bu bəyanatla Türkiyə ilə Almaniya və Niderland arasında baş verən diplomatik qalmaqal fonunda ölkənin daxili işlər naziri Süleyman Soylu çıxış edib.
"Avropa, yəni sən bu qədər cəsarətlisən? İcazə verin xatırladım ki, siz regionda öz oyununuzu oynaya və Türkiyəyə qarşı etinasız qala bilməzsiniz. Türkiyə Avropanı şok vəziyyətinə çatdıra bilər", - deyə nazir əlavə edib.(report)