Tramp Merkel ilə görüşdə telefonunun dinlənilməsindən danışıb | Eurasia Diary - ednews.net

19 Noyabr, Çərşənbə axşamı


Tramp Merkel ilə görüşdə telefonunun dinlənilməsindən danışıb

Dünya A- A A+

ABŞ prezidenti “Tvitter”dəki yazılarına görə nadir hallarda heyfsiləndiyini və seçkiqabağı kampaniya zamanı Barak Obamanın sərəncamı ilə telefon danışıqlarının dinlənildiyini bəyan edib.

Reuters agentliyinə istinadən verilən xəbərə görə, bu barədə ABŞ prezidenti Almaniya kansleri Angela Merkel ilə keçirdiyi mətbuat konfransında deyib.

“Biz ən azı bu sahədə Merkel ilə oxşarıq,” deyə D.Tramp zarafat edib. Bu sözləri zalda olanlar gülüşlə qarşılayıb, kansler isə təəcüb ilə ABŞ prezidentinə baxıb. 

Xatırladaq ki, 2013-cü ildə “Spiegel” jurnalı ABŞ kəşfiyyat xidmətləri tərəfindən Angela Merkelin mobil telefonunun dinlənilməsi barədə məqalə dərc etmişdi.(apa)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...