Ağ Ev Trampın Merkelin əlini sıxmamasına aydınlıq gətirib | Eurasia Diary - ednews.net

19 Noyabr, Çərşənbə axşamı


Ağ Ev Trampın Merkelin əlini sıxmamasına aydınlıq gətirib

Dünya A- A A+
ABŞ mətbuat katibi Şon Spayser ABŞ prezidenti Donald Trampın Almaniya baş naziri Angela Merkelin əlini sıxmamasına aydınlıq gətirib.
 
“Spiegel”in verdiyi məlumata görə, Ş. Spayser D. Trampın jurnalistlərin bununla bağlı müraciətini eşitmədiyini güman etdiyini söyləyib.
 
Qeyd edək ki, D. Tramp və A. Merkelin görüşü zamanı jurnalistlər onların bir-birlərinin əlini sıxmasını xahiş ediblər. A. Merkel də D. Trampın əlini sıxmaq üçün baxsa da, D. Tramp ona reaksiya verməyib. (apa)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...