NATO-nun Rusiya sərhədində hərbi varlığını artırması, silahlanma yarışını sürətləndirə bilər.
Bu sözləri Rusiyanın NATO-dakı daimi nümayəndəsi Aleksandr Qruşko deyib.
“NATO-nun sərhədlərimiz yaxınlığında keçirdiyi hərbi təlimlər bir həqiqəti ortaya çıxarır. Keçmişdən də məlumdur ki, Soyuq Müharibə dövründə də davam edən belə hərbi manevrlər silahlanma yarışına gətirib çıxarır”, - Qruşko əlavə edib.
Qeyd edək ki, NATO Baltikyanı ölkələrdə hərbi varlığını artırmaqda davam edir.(axar.az)