Misir hökuməti birdəfəlik giriş vizasının qiymətinin 25 ABŞ dollarından 60 dollara qaldırılması ilə bağlı qərarını ləğv edib.
RİA Novosti-nin verdiyi xəbərə görə, bunu Misirin Turizm naziri Yəhya Rəşid bəyan edib.
Bununla belə altı aylıq giriş vizasının qiyməti 60 ABŞ dolları təşkil edəcək.
Bundan əvvəl Misir hökuməti iyulun 1-dən birdəfəlik giriş vizasının qiymətinin 25 ABŞ dollarından 60, çoxdəfəlik vizasının isə 70 dollaradək qaldırılacağını bəyan etmişdi. Qeyd edək ki, 2016-cı ildə Misirin turizm gəlirləri 3,4 milyard dollar azalıb.(apa)