NATO xarici işlər nazirlərinin iclasının tarixinin dəyişdirilməsinin səbəbi bəlli olub.
İclasın vaxtı ABŞ Dövlət katibi Reks Tillersonun iştirak etməsi üçün dəyişdirilib.
Daha öncə ABŞ Dövlət katibi Reks Tillerson 5-6 aprel tarixində NATO toplantısında iştirak etməyəcəyini, Prezident Donald Trampı Çinə səfəri zamanı müşayiət edəcəyini bəyan edib. Bundan sonra isə NATO-dan toplantının 31 mart tarixində Brüsseldə keçiriləcəyi bildirilib.(axar.az)