ABŞ-ın qurduğu raketdən müdafiə sistemi yeni silahlanma yarışını qızışdırır.
Bu sözləri Rusiya Baş Qərargahının Əməliyyatlar Komitəsinin sədr müavini general-leytenant Viktor Poznihir deyib.
“ABŞ Rusiya və Çini sıradan çıxararaq, nəzarəti ələ keçirmək istəyir. Raketdən müdafiə sistemləri nüvə silahından istifadə etmək ehtimalını azaldır. Bununla da ABŞ-da strateji hücum silahlarının istifadəsinin cəzasız qalması ilə bağlı qənaət formalaşır”, - Poznihir bildirib.(axar.az)