“Brexit” nələrə səbəb oldu..

Dünya 10:30 30.03.2017

Şotlandiya Böyük Britaniyadan ayrılmaq üçün referendum keçirəcək

Böyük Britaniyanın Avropa İttifaqından çıxışına (Brexit) dair saziş avropalıların Böyük Britaniyada yaşamaq və ora səfər etmək hüququnu saxlamasa, Avropa Parlamenti bu sənədi donduracaq. “The Guardian” xəbər verir ki, bu barədə avrodeputatlar bildiriblər.

“Brexit” üzrə Aİ-nin Danışıqlar Qrupunun rəhbəri Mişel Barnye və parlament üzvləri martın 29-nun - Britaniya hökumətinin Aİ-ni tərk etmək niyyətini birliyə rəsmən elan etdiyi tarixin insanların sərbəst yerdəyişməsinə son qoyulacağı tarix olacağından çəkinir".

Qəzetin məlumatına görə, Avropa Parlamentinin mövqeyini aydınlaşdıran qətnamə aprelin 5-də səsə qoyulacaq. Bu qətnamə növbəti iki il ərzində Britaniyaya səfər edəcək avropalıların hüquqlarının məhdudlaşdırılmasının qarşısını almağa hesablanıb.
Qeyd edək ki, bu gün Böyük Britaniyanın baş naziri Tereza Mey iki il davam etməsi gözlənilən “Brexit” prosedurunu rəsmən başladıb. O, «Brexit»in işə salınmasına dair Avropa İttifaqına məktubu imzalayıb.
Xəbərdə deyilir ki, Tereza Mey çərşənbə günü Brüsselə «Brexit» prosedurunun başlanılması haqqında rəsmi məktub göndərəcək. Qeyd edək ki, Avropa İttifaqından çıxmaq qərarını britaniyalılar 2016-cı ilin iyun ayının 23-ü referendumda qəbul ediblər.

Digər tərəfdən, gündəmdə olan məsələlərdən biri də Şotlandiya hökumətinin yenidən müstəqillik referendumu keçirməsidir. Bununla bağlı Britaniyanın baş naziri Tereza Mey ilə Şotlandiyanın birinci naziri Nikola Sturgeonun görüşməsi gözlənilir. Şotlandiya parlamenti üzvlərinin əksəriyyəti yeni müstəqillik referendumunun keçirilməsi barədə qərarı dəstəkləyib. Qeyd edək ki, yeni referendum birinci nazir Nicola Sturgeon tərəfindən təklif edilib. Referendum 2018-ci ilin payızı və 2019-cu ilin baharında keçirilməlidir.

Şotlandiya Böyük Britaniyanın Avropa İttifaqından çıxmasına gətirən referendumun nəticələrindən narazıdır. Şotlandiya hökuməti “Brexit” prosesinin Birləşmiş Krallıq üçün çətin olacağını düşünür. Hökumət Şotlandiyada yenidən referendum keçirməklə müstəqil dövlət kimi Avropa İttifaqının tərkibində qalmaq niyyətindədir. Rəsmi London isə “Brexit” prosesinin başladığı bir ərəfədə yeni referendumun keçirilməsinin məqsədəuyğun olmadığını bildirib.

Baş verənləri şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri , politoloq Elxan Şahinoğlu Şotlandiyanın gec-tez Böyük Britaniyadan ayrılacağını bildirdi: “Şotlandiya daha öncə də referendum keçirmişdi və çox cüzi səslə Britaniyanın ərazi bütövlüyünə səs verənlər qələbə qazanmışdı. Ancaq hökumətdə Şotlandiyanın ayrılmasının tərəfdarı olanlar çoxluq təşkil edirlər. O zaman mən də hesab edirdim ki, Şotlandiya yenidən referendum keçirəcək. İndi əllərinə yaxşı bəhanə düşüb. Bu isə ondan ibarətdir ki, Böyük Britaniyanın əhalisi Avropa İttifaqından çıxmağa səs versə də, Şotlandiya əhalisi Avropa İttifaqında qalmağa səs verib. Ona görə də şotlandiyalıların hakimiyyətdə olan millətçi partiyasının əsas arqumenti bundan ibarətdir ki, siz Avropa İttifaqından çıxmaq istəyirsiniz, biz isə istəmirik. Ona görə də müstəqil olmaq üçün referendum keçiririk. Mən əminliklə deyə bilərəm ki, hətta Şotlandiya əhalisi bu dəfə də cüzi səslə Böyük Britaniyanın tərkibində qalsa, gələcəkdə yenə də referendum keçirəcək. Şotlandiya Böyük Britaniyadan ayrılmayana qədər bu referendum daima təkrarlanacaq. Bunun zəncirvari reaksiyası da ola bilər. Şotlandiya referendum yolu ilə müstəqillik qazansa, gələcəkdə eyni tələblə Uels və Şimali İrlandiya da çıxış edə bilər. Ancaq London bu prosesin qarşısını almağa çalışacaq”.

Böyük Britaniyanın Avropa İttifaqından çıxmasına gəlincə, Elxan Şahinoğlu qeyd etdi ki, bu istiqamətdə iki fikir mövcuddur: “Bir tərəf hesab edir ki, ”Brexit" Böyük Britaniyaya ciddi iqtisadi zərər vuracaq. Bu istiqamətdə müəyyən hesablamalar aparılıb. Böyük Britaniya Avropa proqramlarından ayrılır, Avropa ilə ticarət-iqtisadi əməkdaşlıqdan ziyanla çıxacaq. Ancaq bunun əksini düşünənlər də var. Onlar iddia edirlər ki, heç bir ziyan olmayacaq. Əksinə, biz daha sərbəst olacağıq, sərbəst ticarət apara biləcəyik, qadağalar, normalar ortadan qalxacaq. İki cür fikir və arqumentlər var. Bunun hansının doğru olduğunu heç kim indidən söyləyə bilməz. Biz bunu “Brexit”dən 5-6 il sonra söyləyə bilərik ki, Şotlandiyada ölkənin Avropa İttifaqından ayrılması iqtisadi baxımdan faydalı oldu, yoxsa ziyanlı. Siyasi zəmində bunun zərərli olduğunu artıq demək olar. Şotlandiyanın Böyük Britaniyadan ayrılmaq istəməsi elə “Brexit”in zərərli nəticələrindən biridir".

Avtomobili və sürücülük vəsiqəsi olmayan şəxsə cərimə YAZILDI – VİDEO

Xəbər xətti

Kirayə qaldığı evi satan kirayəçini neçə il həbs gözləyir? - Ekspertlərin RƏYİNDƏ
10:00 18.05.2024
Avtomobili və sürücülük vəsiqəsi olmayan şəxsə cərimə YAZILDI – VİDEO
09:40 18.05.2024
Qəzzada atəşkəs danışıqları dayandırıldı – KİV
Qəzzada atəşkəs danışıqları dayandırıldı – KİV
09:20 18.05.2024
Azərbaycanda ÜDM istehsalı 4 faizdən çox ARTIB – RƏSMİ
09:03 18.05.2024
Vəhşicəsinə öldürülən Könülün sonuncu dəfə telefonla danışdığı qadın da ÖLDÜ
06:34 18.05.2024
Meksikada atışmada merliyə namizəd və daha 5 nəfər ölüb
05:28 18.05.2024
Rusiyada hərbi akademiyada partlayış olub, xəsarət alanlar var
04:06 18.05.2024
Azərbaycanın voleybol millisi Xorvatiyanı məğlub edib
03:59 18.05.2024
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib
02:17 18.05.2024
Slovakiyanın Baş nazirinə sui qəsd etmək istəyən şəxs məhkəmə qarşısına çıxarılacaq
01:00 18.05.2024
İsrail ordusu "Hizbullah"ın infrastrukturuna yeni zərbələr endirib
00:16 18.05.2024
Gəncədə 26 yaşlı gənc dəm qazından boğulub
23:55 17.05.2024
Yeni Kaledoniyada etirazlar zamanı 163 nəfər saxlanılıb
23:30 17.05.2024
ABŞ generalı: Rusiya uzun illər NATO üçün problem olaraq qalacaq
23:13 17.05.2024
Bəzi rayonlara yağış, qar yağıb, Qəbələyə dolu düşüb - YENİLƏNİB-2
22:56 17.05.2024
Hikmət Hacıyev ABŞ Prezidentinin müşaviri ilə görüşüb
22:35 17.05.2024
Fransa Yeni Kaledoniyanın bəzi ərazilərinə nəzarəti itirib
22:29 17.05.2024
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
22:00 17.05.2024
Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan QOVULDU
21:41 17.05.2024
Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb
21:22 17.05.2024
DVX: Azərbaycanda bütün vergi tənzimləmə alətləri milli karbonlaşma tədbirləri ilə uyğunlaşdırılacaq
21:00 17.05.2024
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
20:51 17.05.2024
Qaxda Gürcüstan vətəndaşının meyiti tapılıb
20:40 17.05.2024
Almaniya XİN Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəkləməyə hazır olduğunu bəyan edib
20:30 17.05.2024
Aleksey Overçuk: Rusiya Şimal-Cənub dəhlizinin yaradılmasında Azərbaycanla sıx əməkdaşlıq edir
20:20 17.05.2024
Azərbaycanda qanunlar o qədər təmiz işləyəcək ki... - Ekstrasenslə MÜSAHİBƏ
20:00 17.05.2024
Azərbaycan Prezidenti: 1993-cü ilə qədər bizdə 8 milyon insana bir milyon qaçqın və köçkün düşürdü
19:50 17.05.2024
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar - YENİLƏNİB
19:38 17.05.2024
Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
19:30 17.05.2024
Qazaxıstandan Bakıya əsaslı təmirdən sonra manevr teplovozlarından biri çatdırılıb
19:19 17.05.2024
Rusiya Çindən asılı hala düşür? – Politoloq açıqlayır - ÖZƏL
19:00 17.05.2024
Ərdoğan TDT ölkələrinin ailə və sosial siyasətdən məsul şəxslərini qəbul edib
18:41 17.05.2024
“Tərtər işi”nə görə həbs edilən generalın cəzası AZALDILDI
18:20 17.05.2024
Ermənistan və Türkiyənin mədəniyyət nazirləri tarixi körpünün bərpasını müzakirə ediblər
18:11 17.05.2024
Azərbaycanlı skripkaçı İtaliyada qalib oldu
18:02 17.05.2024
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
17:44 17.05.2024
Azərbaycan-Rusiya Sumqayıtda ortaq biznes yaradacaq
Azərbaycan-Rusiya Sumqayıtda ortaq biznes yaradacaq
17:29 17.05.2024
Aprelin 21-də keçirilən buraxılış imtahanının nəticələri AÇIQLANDI
17:23 17.05.2024
Bakıda külək güclənib – FAKTİKİ HAVA
17:20 17.05.2024
Vaşinqtonda azərbaycanlı zərgər dizaynerin sərgisi keçirilib - FOTOLAR
Vaşinqtonda azərbaycanlı zərgər dizaynerin sərgisi keçirilib - FOTOLAR
17:17 17.05.2024
Hamısı