Şimali Berqen şəhərində bələdiyyə binasının önündə Fələstin bayrağı qaldırılıb.
Bayraq qaldırıldıqdan sonra ABŞ və Fələstin marşları oxunub. Şəhər bələdiyyəsinin sədri Nikolas Sakko çıxışında “Şimali Berqen canlı və aktiv şəhərə çevrilib.
Təbii ki, bunda Ərəb toplumunun mühüm rolu var”, - deyib.
Mərasimdən sonra Fələstin nümayəndələri yanaşı dalğalanan ABŞ və Fələstin bayraqlarının önündə xatirə şəkli çəkdirib.(axar.az)