Misirin Tanta şəhərində kilsədə törədilən partlayış nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb.
Bu barədə “Rassad” portalı Misir Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
İlkin məlumata görə, partlayıcı qurğu kilsədə ibadət zalına qoyulub. Bu partlayışdan az sonra Misir Daxili İşlər Nazirliyinin şəhərdəki təlim mərkəzi yaxınlığında da partlayış törədilib.
XXX
Misirin Tanta şəhərində Mar-Qirqis kilsəsi yaxınlığında partlayış törədilib.
“Al Arabiya” partlayış nəticəsində ən azı 5 nəfərin öldüyü, 42 nəfərin yaralandığı barədə məlumat yayıb.
Misir hakimiyyəti olayla bağlı hələ rəsmi məlumat yaymayıb. Kilsəyə gələn yollar polis tərəfindən bağlanıb.