Gürcüstandan Rusiyaya sərt reaksiya - Tanımırıq | Eurasia Diary - ednews.net

21 Sentyabr, Şənbə


Gürcüstandan Rusiyaya sərt reaksiya - Tanımırıq

Dünya A- A A+

Qondarma Cənubi Osetiya Respublikasında keçirilən saxta prezident seçkilərinin nəticələrini tanımırıq və bölgənin adının “Alanya” olaraq dəyişdirilməsini qəbul etmirik.

Bu sözləri Gürcüstan Prezidenti Georgi Marqvelaşvili deyib.

Dövlət başçısı saxta seçkilərin bölgənin Rusiya tərkibinə qatılması yolunda atılan bir addım olduğunu bildirib:

“Sözügedən təxribat ölkəmizin suverenliyinə qarşı yönəlib. Etnik təmizləmə nəticəsində bölgədə yaşayan əhalinin böyük bir qismi sürgün edilib. Bundan əlavə, Rusiya hərbi qüvvələrinin işğal etdiyi yerdə ifadə azadlığından danışmaq da mümkün deyil”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...