ABŞ-ın San-Bernardo şəhərində (Kaliforniya ştatı) məktəbdə baş verən silahlı insident nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb.
TASS agentliyinin xəbərinə görə, bu barədə Bernardo şəhərinin polis rəisi Cerrod Burquan məlumat verib.
Hadisənin təfərrüatlarını açıqlayan polis rəsmisi bildirib ki, atəşi 53 yaşlı Sedrik Anderson açıb: “Anderson məktəbdə müəllimə işləyən həyat yoldaşı Eleyn Smiti güllələyib, sonra isə intihar edib. İnsident nəticəsində müəllimənin yanında olan iki şagird yaralanıb. Onlardan biri, 8 yaşlı Conatan Martines xəstəxanada keçinib. Cinayətkarın motivləri müəyyənləşdirilir”.
XXX
ABŞ-ın San-Bernardo şəhərində (Kaliforniya ştatı) məktəbdə baş verən silahlı insident nəticəsində 2 nəfər ölüb, daha 2-si yaralanıb.
Bu barədə NBC telekanalı məlumat verib.
İlkin məlumata əsasən, atəş açan şəxs zərərsizləşdirilib. Hadisənin təfərrüatları barədə hələ ki, məlumat yoxdur. Bundan əvvəl Bernardo şəhərinin polis rəisi Cerrod Burquan özünün “Twitter” səhifəsində hadisənin qətlə cəhd və yaxud intihar olduğunu ehtimal edib. (apa)