Gecə saatlarında Kiyevdə partlayış baş verib.
Vladimirovskaya 14 ünvanında baş vermiş partlayışın güclü dalğasından partlayış baş vermiş binada şüşələr sınıb, ətrafdakı maşınlara da ziyan dəyib.
Xəsarət alanlar barədə hələ məlumat verilməyib.
Partlayışın səbəbləri məlum deyil. Hadisə yerində hüquq-mühafizə orqanları əməkdaşları araşdırma aparırlar.