ABŞ-ın dəstəyi ilə Tbilisi yaxınlığında Gürcüstan Hərbi Qüvvələrinin hərbi hazırlığı mərkəzi inşa ediləcək.
Bu barədə Gürcüstanın müdafiə naziri Levan İzoriya məlumat verib.
Gürcüstan Parlamentində Müdafiə və təhlükəsizlik komitəsinin dinləmələrində çıxışı zamanı o bildirib ki, bu mərkəz ABŞ-la birgə inşa ediləcək.
L.İzoriya əlavə edib ki, Gürcüstan tərəfindən bu tikintiyə 10 milyon lari (4 milyon dollar) ayrılacaq.(trend)