Məşhur müğənni İbrahim Erkal evinin yanındakı avtomobil parkında huşsuz vəziyyətdə tapılıb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bunu görən avtomobil parkının mühafizə xidməti dərhal hadisə yerinə təcili yardım və polis çağırıblar. Huşsuz vəziyyətdə xəstəxanaya çatdırılan müğənni reanimasiyaya yerləşdirilib.
İlkin müayinə zamanı həkimlər huşsuz vəziyyətdə tapılan müğənninin sağ qulağının arxasında yırtıq olduğunu da aşkar ediblər. Xəbəri eşidən müğənninin yaxınları xəstəxanaya axın edib.
İbrahim Erkalın vəziyyəti kritik olduğundan o, Lütfi Kırdar xəstəxananasından Beşiktaşdak hospitala köçürülüb.
Hazırda müğənni komadadır.