Avropa Birliyi Sərkisyanın seçki korrupsiyasından ciddi narahatdır

Dünya 22:09 12.04.2017
Ermənistanda mövcud «siyasi korrupsiya» Avropa Birliyini (AB) narahat edir. Birliyin Yerevandakı nümayəndəliyinin rəhbəri, səfir Piotr Svitalski ötən gün Gümrüdə belə bir bəyanat verib. Onun sözlərinə görə, seçicilərin səslərinin alınması və satılması Ermənistanın imicinə mənfi təsir edir.
 
«Mən seçki rüşvəti sarıdan narahatam və bu, ciddi narahatlıqdır. Bunu «seçki korrupsiyası» adlandırıram, çünki bu, sadəcə, səslərin satın alınmasından daha çox şey deməkdir. Bəli, mən beynəlxalq müşahidə missiyasının bəyanatına istinad etmək istərdim. Bəyanatda seçkilərə kölgə salan bu pis haldan söz açılır. Mən obyektiv və ədalətli olmağa çalışıram. Biz məhz səslərin alqı-satqısından başlayaraq, seçkilərlə bağlı bu mənfi hal üzərində ciddi dayanırıq. Bu, Ermənistanın imicindən ötrü pisdir, Ermənistandakı demokratik proseslərdən ötrü pisdir və biz bu barədə çox açıq danışırıq», – deyə AB-nin səfiri bildirib.
 
Ancaq səfirin sözlərinə görə, Avropa Birliyi videokameraların qurulmasına və məntəqələrdə səs verənlərin barmaq izlərini aşkarlayan cihazlara ayrılmış vəsaitin xərclənməsindən razı qalıb. Seçki prosesində bu texniki yeniliklərin tətbiqi üçün AB Ermənistana 7 milyon avro ayırmışdı. Səfir, eyni zamanda, bu proqramda risklərin də olduğunu gizlətməyib.
 
«Bu proqramda çox böyük risk vardı. O, əvvəllər heç vaxt belə qısa zaman kəsimində gerçəkləşməmişdi, ancaq Ermənistanda bu işlədi», – deyə P.Svitalski qeyd edib.AB təmsilçisi həmçinin, seçkilərlə bağlı əvvəllər rast gəlinən, ancaq bu dəfə barəsində şikayətlərin daxil olmadığı bir sıra başqa pozuntulara da toxunub. «Keçmişdəki mənfi hallar tamamilə çıxdaş olunub. Məsələn, «karusel» əsasında dəfələrlə səsvermə, yaxud da bülletenlərin qutuya doldurulması haqda şikayətlər eşitmirəm», – deyə səfir əlavə edib.
 
Avropalı diplomat həmçinin qeyd edib ki, hazırda seçki prosesi «mühüm mərhələdədir». Onun sözlərinə görə, partiya və müşahidəçilər şikayətlərini təqdim ediblər və indi bu prosesi izləyirlər. İstənilən halda, yekun qərar ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (ODIHR) yekun hesabatında əks olunacaq. Hesabatın iyunda dərc ediləcəyi gözlənilir.
 
Bu arada, Ermənistan parlamentinin spikeri Galust Sahakyan əmindir ki, prezident Serj Sarkisyan 2018-ci ildə prezidentlik müddətinin başa çatmasından sonra da siyasətdə özünün əvvəlki mövqelərində qalacaq.
 
«O, baş nazirmi olacaq, yoxsa başqa bir şey düşünüb tapmaq olar – bunu heç kim deyə bilməz», – G.Sahakyan qeyd edib. Ancaq o, «düşünülüb tapıla biləcək» şeyin nə olacağını açıqlamağa çətinlik çəkib.
 
«Ona görə ki, bu bizim düşünüb təklif edə biləcəyimiz məsələ deyil. Ancaq hesab edirəm ki, Serj Sarkisyan sona qədər olmalıdır», – deyə G.Sahakyan vurğulayıb.
 
Özünün siyasi gələcəyinə gəldikdə isə, parlamentin spikeri bu barədə dəqiq bir söz deyə bilməyib. «Məni Galust Sahakyan kimi tanıyın. Çünki mənim üçün Milli Məclisin sədri, yaxud da deputat olmağımın heç bir fərqi yoxdur. Mən hər zaman Galust Sahakyanam və həmişə siyasətlə məşğul olacağam», – o deyib.
 
Aprelin 2-də Ermənistanda keçirilən parlament seçkisində prezident Serj Sarkisyanın Respublika Partiyası 49 faizdən çox səs toplayıb. Ümumilikdə parlamentə 4 siyasi partiya və blok keçib.
Xınalığa dolu düşüb - VİDEO

Xəbər xətti

XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
İranın Azərbaycanı hədəf seçməyinin GİZLİNLƏRİ – Güneyli fəalın ŞƏRHİNDƏ
15:10 19.04.2024
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
14:48 19.04.2024
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
14:37 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı növbəti BÖHTAN
14:30 19.04.2024
Məleykə Abbaszadədən gənclərə ÇAĞIRIŞ: “Özlərini aldatmasınlar”
14:10 19.04.2024
“Ukrayna Qərbi buna görə şantaj edir” – Moldovalı politoloqla ÖZƏL
14:00 19.04.2024
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq - Nazir əmr İMZALADI
13:56 19.04.2024
Lalə Azərtaşın aparıcısı olduğu veriliş bağlanır - Xəzər TV-dən AÇIQLAMA
13:50 19.04.2024
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
13:40 19.04.2024
İpotekaya xitam verilən hallar genişlənir
13:30 19.04.2024
Naxçıvanda 120 milyonluq POZUNTU – Materiallar DTX-yə TƏQDİM EDİLDİ
13:20 19.04.2024
Bu şəxslərin maaşı ARTIRILDI
13:10 19.04.2024
Bakıda 29, bölgələrdə 30 dərəcə isti olacaq - PROQNOZ
12:59 19.04.2024
Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunub
12:45 19.04.2024
Xocavənddə Ermənistan istehsalı olan partlayıcı qurğular aşkarlanıb
12:35 19.04.2024
Bakıda taksilər kütləvi şəkildə cərimə meydançasına aparılır? - AÇIQLAMA
12:20 19.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişinin regiona təsiri - Ərəb Ekspert ŞƏRH EDİR
12:15 19.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələrin SON GÜNÜDÜR
12:00 19.04.2024
Hamısı