Fransanın “Vilpant” həbsxanasında nəzarətçilər iş şərtlərinin ağırlığı səbəbindən nümayiş keçiriblər.
Nümayişdə təxminən 60 nəfər iştirak edib. Onlar etiraz olaraq həbsxananın giriş və çıxışını bağlayıblar. İş rejiminin şərtlərindən və ağırlığından şikayət edən nəzarətçilər bunun qanunsuzluq olduğunu söyləyiblər:
“582 nəfərlik həbsxanada 1.182 məhkum var. Bu təhlükəsizlik və insan hüquqları baxımından qəbul edilə bilməz”, - deyə onlar bildirib.
Qeyd edək ki, eyni səbəbdən dünən Avropanın ən böyük cəza evi olan “Flöri-Meroqis”in qarşısında nümayiş olmuşdu.
Onlar rəhbərliyə aprelin 21-nə kimi vaxt verib. Bu vaxta qədər istədiklərinə nail olmadıqları təqdirdə onlar yenidən numayiş edəcəklərini bildiriblər.(axar.az)