ABŞ kəşfiyyat xidmətinin keçmiş əməkdaşı Edvard Snouden öz Twitter səhifəsində bildirib ki, ABŞ-ın Əfqanıstana zərbəsi ABŞ maliyyə dəstəyi ilə inşa edilmiş tunellərdə baş verib.
Bu barədə "RİA Novosti"yə istinadən Eurasia Diary xəbər verir.
Söhbət Əfqanıstanın Nanqarhar vilayətindəki Tora Bora mağara kompleksindən gedir. Öz fikrinə sübut olaraq Snouden New York Times qəzetindəki məqalədən sitat gətirir.
"Tora Bora mücahidlər üçün tikilmiş, qismən MKİ tərəfindən maliyyələşdirilən kompleks və istehkam tipli baza idi ..." - məqalədə deyilir.