Avstriyanın paytaxtı Vyanada dəmiryol vağzalında iki sərnişin qatarı toqquşub.
Rusiya mətbuatının məlumatına görə, hadisə paytaxtın Maydlinq rayonunda qeydə alınıb.
Nəticədə azı 7 nəfər xəsarət alıb. Qəzanın səbəbləri barədə məlumat verilmir.