ABŞ-ın Burlington şəhərindəki "Cascade" ticarət mərkəzində keçən il təşkil etdiyi silahlı hücumda 5 adamın ölümünə səbəb olan Arcan Çətinin saxlanıldığı kamerada öldüyü məlum olub.
Türkiyə mətbuatının məlumatına görə, Arcan Çətin məhkəməyə göndərildikdən sonra ömürlük həbs cəzası almışdı və gələcəkdə cəzasının edam cəzasına çevrilə biləcəyi ifadə edilmişdi.
Çətinin ölüm səbəbi açıqlanmayıb.
Xatırladaq ki, Türkiyədə dünyaya gələn Çətin altı yaşından ABŞ-da yaşayırdı.