ABŞ və İsveç Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Rusiyanın Kalininqrad vilayəti yaxınlığında kəşfiyyat əməliyyatı aparıblar.
Bu barədə “İnterfaks” agentliyi məlumat yayıb.
Məlumata görə, Britaniyanın Mildenholl bazasından havaya qalxan ABŞ-ın RC-135V təyyarəsi Polşa tərəfdən Kalininqrad ətrafında uçub. Təyyarə 3 saata yaxın vilayətin cənub sərhədləri ətrafında 9.4 min metr hündürlükdə radiotexniki kəşfiyyat aparıb.
Agentlik bildirib ki, kəşfiyyat təyyarəsi Rusiya sahillərinə 70-80 kilometr məsafədə yaxınlaşıb. Həmin vaxt İsveçin Malmen bazasından qalxan Qoldsfrim-4 təyyarəsi də Kalininqrad yaxınlığında Baltik suları üzərində dövrə vurub.
Hadisə ilə bağlı hələ ki, rəsmi məlumat yayılmayıb.