Almaniyanın sabiq prezidenti Kristian Vulfun yeni iş yeri cəmiyyətdə birmənalı qarşılanmayıb.
Vulf aprel ayının sonundan etibarən “Yargıcı” adlı geyim firmasının Almaniyadakı filialında hüquq məsləhətçisi kimi fəaliyyət göstərir.
İldə 236 min avro təqaüd alan Vulfun işgüzar fəaliyyəti Sosial Demokrat Partiyası və Sol Partiyasından olan siyasətçilərin etirazına səbəb olub.
Kristian Vulf və onun həyat yoldaşı Bettina “Yargıcı” firmasının Hamburqdakı açılışında da iştirak ediblər.
Qeyd edək ki, “Yargıcı” firması türkiyəli iş adamı Əmir Yargıcıya məxsusdur.(axar.az)