Avqustun 6-da Ermənistanın Ararat vilayətində yol qəzası baş verib.
Erməni KİV-ləri xəbər verir ki, saat 23:30 radələrində Nor Xarberd kəndinin sakini 32 yaşlı Mher Pandunts idarə etdiyi "Toyota Vitz" markalı 34 OV 524 nömrəli avtomobillə qəza törədib.
Qəza nəticəsində 20 yaşlı Mkrtıç Nacaryan və onun həmyaşıdı Mesrop Sayadyan ölüb. Məlum olub ki, qəzada ölən gənclər bu yaxınlarda Ermənistan ordusundaN hərbi xidmətdən qayıdıblar.(azvision.az)