Rusiya Hərbi Kosmik Qüvvələrinə məxsus təyyarə ABŞ-ın paytaxtı Vaşinqton üzərində strateji və dövlət əhəmiyyətli obyektlərin üzərindən uçuş həyata keçirib.
ABŞ Müdafiə Nazirliyi faktı təsdiqləyib və uçuşun əvvəlcədən razılaşdırıldığını bəyan edib.
Pentaqondan bildirilib ki, ABŞ və Rusiya arasında açıq səma üzrə müqavilə çərçivəsində hər iki ölkənin hərbi təyyarələri istənilən yerdə uçuş apara bilər. (FaktXəbər)