Misirdə inflyasiya son 30 ilin ən yüksək səviyyəsinə çatıb.
Misir Dövlət Statistika Təşkilatı inflyasiyanın iyul ayında əvvəlki ayla müqayisədə 3,3 artaraq 34,2 faizə yüksəldiyini bildirib.
Misirdə baş verən siyasi gərginlikdən sonra iqtisadiyyatda çöküş yaşanmaqdadır.
İyun ayında ölkədə inflyasiya 30,9 faiz olub.
Mütəxəssislərin fikrincə, inflyasiyanın artımına iyun ayında elektrik enerjisi və təbii qazın qiymətinin qaldırılması təsir edib. Belə ki, Misir hökuməti iyul ayında elektrik enerjisinin dəyərini 42,1 faiz qaldırıb. (oxu.az)