İşğal altında olan Qarabağda Ermənistan ordusunun əsgəri Vahaq Virabyanın qətli ilə bağlı istintaq başa çatıb.
Erməni KİV-ləri xəbər verir ki, hadisə günü əsgər Razmik Xudaverdyan hərbçi yoldaşı Vahaq Virabyanla mübahisə edib.
Mübahisə zamanı Virabyan intiqam almaq məqsədilə ilə əsgəri təhqir edib, Xudaverdyan isə xidməti avtomatı ilə onu güllələyib.
Qeyd edək ki, hadisə 2016-cı ilin oktyabrın 15-də baş verib.(azvision.az)