İtaliyanın Venesiya və Jesolo şəhərləri güclü yağış və fırtınadan ciddi ziyan görüb.
Ölkədə təbii fəlakət nəticəsində 50 nəfər yaralanıb.
Təbii fəlakət daha çox turist bölgəsi olan “Cavallino Treporti”ə daha çox təsir göstərib. Güclü külək ətrafdakı ağacları, elektrik, telefon dirəklərini aşırıb.