Bir qrup silahlı şəxs Liviyanın paytaxtında ölkənin sabiq baş naziri Əli Zeydanı oğurlayıblar.
Bu barədə Al Arabiya öz mənbəyinə istinadən məlumat verir.
Məlumata əsasən, cinayətkarlar sabiq baş naziri hoteldən qaçırıblar.
Qeyd edək ki, 2013-cü ildə Əli Zeydani ölkənin baş naziri vəzifəsində olarkən qaçırılıb. Lakin onu elə həmin gün azadlığa buraxıblar.